Məzahir Pənahov: Bu seçkilər Azərbaycanın həyatında tarixi hadisəyə çevrildi


Digərləri 12 Apr 2018 12:41:00 190 0

Məzahir Pənahov: Bu seçkilər Azərbaycanın həyatında tarixi hadisəyə çevrildi

Azərbaycanda prezident seçkilərində bütün dairələrdə səsvermə nizam-intizama qanunauyğun həyata keçirilib.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda prezident seçkilərində bütün dairələrdə səsvermə nizam-intizama qanunauyğun həyata keçirilib. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərin yekunlarına dair mətbuat konfransında deyib. M.Pənahov bildirib ki, çoxsaylı beynəlxalq və yerli müşahidəçilər seçkilərdə müşahidə aparıb və bütün müşahidəçilər seçkiləri yüksək qiymətləndirib. MSK sədri bildirib ki, seçki ilə əlaqədar məsuliyyəti olan bütün dövlət qurumları öz işlərini layiqincə yerinə yetiriblər. Onun sözlərinə görə, seçkilərdə hansısa xoşagəlməz hal müşahidə edilməyib, MSK-ya hər hansı bir qanun pozuntusu ilə bağlı hər hansı bir müraciət daxil olmayıb. M.Pənahov bildirib ki, bu seçkilər Azərbaycanın həyatında tarixi hadisəyə çevrildi. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin