Xalq artisti BİABIR ETDİ:


Şou-biznes 12 Apr 2018 10:19:00 359 0

Xalq artisti BİABIR ETDİ:

Xalq artisti, zərb ifaçısı Sadıq Zərbəliyev səsi olmayan, qalmaqalla gündəmə gələn müğənniləri tənqid atəşinə tutub.

Son.az xəbər verir ki, yeniçağ.az-a açıqlama verən xalq artisti xüsusən də xanım sənətçilərə qalmaqal yaratmağı yaraşdırmadığını bildirib:

"Sovet vaxtı ustad sənətkarlar yığışıb Bədii Şurada müəyyən edərdilər ki, hansı  müğənninin səsi var, hansının yoxdur. Onda hər adam asanlıqla musiqi aləmində görünə bilməzdi. İndi belə deyil. Səsi olmayan da aparatla oxuyur. Yaxud da sənəti olmadığı üçün  başlayırlar gündəmə gəlmək üçün qalmaqal yaratmağa. Ən pisi budur ki, xanım sənətçilər bir-birini söyür, qalmaqal edir. Ayıbdır. Belə şeyləri bizim millətə yaraşdırmıram. Xanım xanımlığını saxlamalıdır. Bəylər də onlara hörmət etməlidir".


Xəbərə aid fotolar