Çində 2019cu ildə 5G olacaq


Digərləri 12 Apr 2018 08:21:00 211 0

Çində 2019cu ildə 5G olacaq

Çinin rabitə operatorları artıq 2019-cu ildə "5G" texnologiyasının tətbiqinə başlayacaq. Bu haqda Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Syao Yueşanyaya istinadən "China Daily" qəzeti yazır.   Son.az ICTnews-a istinadən bildirir ki, "China Unicom", "China Mobile" və "China Telecom" kimi rabitə operatorları 2019-2020-ci illərdə orta tezlikli və aşağı tezlikli diapazonların tətbiqinə başlayacaq" - qəzet məmurun sözlərindən sitat gətirib.   Syao Yueşanyanın sözlərinə görə, istehsalçılar artıq cari ilin sonunda kommersiya tipli "5G" məhsulunu, o cümlədən mərkəzi stansiyalar üçün avadanlıq və terminal aparatlarını işə salacaqlar. O, həmçinin bildirib ki, hakimiyyət artıq növbəti nəsil mobil telekommunikasiya texnologiyalarının üçillik inkişaf planı üzərində işi başa çatdırıb.

Nazir müavininin sözlərinə görə, ölkədə "5G" innovasiya mərkəzləri yaradılacaq.