"Facebook" Kadırovun səhifələrini bağlamasının səbəbini açıqladı


Digərləri 12 Apr 2018 08:25:00 266 0

"Facebook" Kadırovun səhifələrini bağlamasının səbəbini açıqladı

"Facebook" şirkəti Çeçenistan rəhbəri Ramzan Kadırovun akkauntlarının bağlanması ilə bağlı Rusiyanın sorğusuna cavab verib.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Roskomnadzorun rəhbəri Aleksandr Jarov bildirib.

Onun sözlərinə görə, "Facebook" bu addımı Kadırovun adının ABŞ-ın sanksiya tətbiq olunacaq şəxslər siyahısına düşməsi ilə əsaslandırıb.