"Dəri rəngimə görə rolumu əlimdən aldılar" - Priyanka Çopra


Şou-biznes 12 Apr 2018 00:00:00 296 0

"Dəri rəngimə görə rolumu əlimdən aldılar" - Priyanka Çopra

Hind aktrisa Priyanka Çopra dərgilərdən birinə maraqlı müsahibə verib.



Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, təkcə Bollivud deyil, Hollivud filmlərinə də çəkilən 34 yaşlı ulduz dəri rənginə görə az qazandığını söyləyib:

"Bir dəfə çəkiliş meydançasından çıxarıldım. Dedilər ki, rola uyğun gəlmirəm. Bunun hansı məna kəsb etdiyini soruşdum. "Ombam böyük olmalıdır, yoxsa, belim daha incə" sualına "Dəri rəngin uyğun deyil" dedilər. Etiraf edim ki, dəri tonuma görə az təklif alıram".