Dalğıclar dənizin dibindən 1,5 tona yaxın zibil çıxardılar


Digərləri 11 Apr 2018 23:37:00 332 0

Dalğıclar dənizin dibindən 1,5 tona yaxın zibil çıxardılar

Əbu-Dabidə keçirilən aksiya zamanı dalğıclar paytaxt bulvarında dənizin dibindən 1,5 tona yaxın zibil çıxarıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, aksiyanın keçirilməsində məqsəd ölkənin ətraf mühitinin mühafizəsi və dəniz suyunun təmiz saxlanılmasının vacibliyi məsələlərində vətəndaşlarda məlumatlılığı artırmaqdır.

Dalğıclar dənizin dibini plastik butulka, alüminium banka, qida konteyneri və inşaat tullantılarından təmizləyiblər. "TogetherWeMakeTheDifference" adlanan kampaniya dalğıcları cəlb etməklə dənizin təmizlənməsi aksiyasını ikinci dəfədir həyata keçirir. Hazırkı aksiya Əbu-Dabinin Ətraf Mühitin Mühafizəsi Agentliyinin BƏƏ-nin Dalğıclar Assosiasiyası və Əbu-Dabinin beynəlxalq dəniz idman klubunun birgə əməkdaşlığı ilə təşkil olunub.