Ərdoğan Əlcəzair prezidentinə başsağlığı verib


Dünya 11 Apr 2018 22:11:00 240 0

Ərdoğan Əlcəzair prezidentinə başsağlığı verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ədroğan Əlcəzair prezidenti Əbdüləziz Buteflikaya baş vermiş təyyarə qəzası ilə əlaqədar başsağlığı verib.

Bu barədə Trend türk mediasına istinadən xəbər verir.

Ərdoğan qəza nəticəsində həlak olanların ailələrinə və "qardaş Əlcəzair xalqına" səbr arzulayıb: "Ehtiyac olduqda biz əlcəzairli qardaşlarımıza istənilən yardımı göstərməyə hazırıq".