5 yaşa qədər uşaqlarda revmatizm olmur


Digərləri 11 Apr 2018 21:12:00 276 0

5 yaşa qədər uşaqlarda revmatizm olmur

Son zamanlar hər oynağı, dizi, sümüyü ağrıyan uşaqda revmasınaq analizi etdirən, revmatizm axtaran valideynlər hələ də körpələrin revmatizm olmadığını bilmir.

Üstəlik bəzi həkimlər də əsassız olaraq "yəqin revmatizmi var" düşünüb diaqnoz qoyması həkimlər arasında da fikir ayrılığı yaradıb. Bu xəstəlik təkcə C-reaktiv zülal analizi ilə qoyulmur.

Son.az medicina.az-a istinadən pediatr Tərlan Eyyubovun valideynlərə bu mövzuda çağırışını təqdim edir:

"Son zamanlar yanıma gələn pasiyentlərdə əsassız yerə qoyulan revmatizm diaqnozunu görüb, dəhşətə gəlməmək mümkün deyil. Hər bir valideyn bunları bilməlidir:

1. Hər oynaq, sümük ağrısı revmatizm deyil. 4-12 yaşlı uşaqlarda intensiv boy artma dövrü olduğundan diz oynaqlarında, baldırda, pəncədə ağrı müşahidə oluna bilər.