Ramiz Mehdiyev xaricdən Azərbaycana qarşı kampaniya aparılmasına münasibət bildirib


Digərləri 11 Apr 2018 17:49:47 150 0

Ramiz Mehdiyev xaricdən Azərbaycana qarşı kampaniya aparılmasına münasibət bildirib

PA rəhbəri: "Bu, həmin insanların mədəniyyətinin yerində olmamasından xəbər verir"

"Qarayaxma kampaniyaları pis addımdır, buna münasibətim pisdir".

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident seçkiləri ilə bağlı sosial şəbəkələrdə yer alan bəzi iddialara münasibət bildirənPrezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.

"Normal adam bu yola düşməməlidir. Heç bir millət nümayəndələri bu yola düşmür. Təəssüf ki, bəzi insanlar, xaricə gedənlər orada Azərbaycanı pisləyir. Bu, bizim xalqa xas deyil. Bu, həmininsanların mədəniyyətinin yerində olmamasından xəbər verir".