Balakən və Salyanda yanğın


Digərləri 11 Apr 2018 16:16:00 254 0

Balakən və Salyanda yanğın

Balakən rayonunda taxta konstruksiyadan ibarət, ümumi sahəsi 16 m2 olan birmərtəbəli 1 otaqlı ev və əşyaları yanıb.

FHN-dən Son.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Salyan rayonunda isə beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsinin pilləkənində 7 elektrik sayğacı yanıb.

Yanğın söndürülüb.