Hikmət Hacıyev: "Beynəlxalq və yerli müşahidəçilərin seçkiləri izləmələri üçün bütün şərait yaradılıb"


Digərləri 11 Apr 2018 15:10:12 267 0

Hikmət Hacıyev: "Beynəlxalq və yerli müşahidəçilərin seçkiləri izləmələri üçün bütün şərait yaradılıb"

Azərbaycan xaricində yerləşən, saxta xəbərlər, şayiə və böhtan yaymaq üzrə ixtisaslaşan bəzi internet resursları və sosial şəbəkə profilləri tərəfindən ölkəmizdə azad, demokratik və ədalətli şəkildə keçirilən prezident seçkilərinin gedişinə xələl gətirmək üçün qərəzli və məqsədyönlü şəkildə saxta xəbərlər yayılır.

Son.az xəbər verir ki, bunu Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev bildirib ki, bu kimi internet resursları tərəfindən təqdim olunan şəkillərdə və video görüntülərdə iddia olunan seçki məntəqəsi ilə real seçki məntəqəsinin nömrəsi arasında uyğunsuzluq, şəkillərə fotoşop elementlərinin daxil edilməsi və yaxud da kimliyi bilinməyən şəxslər adından danışılması, vətəndaşların seçki fəallığına və seçici növbələrinə başqa don geyindirilməsi cəhdləri bu cür məlumatların saxta olduğunu açıq şəkildə sübut edir.