16 uşaq anası ailəsindən danışdı:


Digərləri 11 Apr 2018 14:00:00 305 0

16 uşaq anası ailəsindən danışdı:

Ailəmiz kiçik deyil. 16 övladımız var. Səs-küylü evdir, amma bəxtəvərik. Biz həyatımızdan razıyıq.

ABŞ-ın Florida ştatındakı Nors Palm Biç şəhərində yaşayan 44 yaşlı Lyett Rebek belə deyir.

Son.az CBS-ə istinadən bildirir ki, Lyett əri, 44 yaşlı Devidlə birlikdə 16 övlad böyüdür. Bu uşaqların 12-ni Lyett dünyaya gətirib. 4 uşağı isə Lyettlə Devid övladlığa götürüblər.

Birja brokeri, özünün investisiya şirkəti olan Devid Rebeklə xanımının ən böyük övladlarının 21, ən kiçiyinin isə 2 yaşı var.

Lyettin dediyinə görə, 21 yaşlı qızı Dali Keyi dünyaya gətirəndə 21 yaşı vardı. İndisə evin sonbeşiyi Voq 2 yaşındadır.

Dali Keylə Voqdan savayı, ailədə 20 yaşlı Rili, 19 yaşlı Bliss, 17 yaşlı Kemper, 15 yaşlı Qloriya, 13 yaşlı Triniti, 11 yaşlı Lirberti, 8 yaşlı Sojone, 6 yaşlı Viktori, 4 yaşlı Veriti adlı bacılar və 12 yaşlı Korson, 10 yaşlı Cadson, 10 yaşlı Şeperd, 8 yaşlı Rensom və 5 yaşlı Ston adlı qardaşlar var.