"Qayınatamı otağımda çılpaq ..." Ərini öldürən qadından


Dünya 11 Apr 2018 13:37:00 287 0

"Qayınatamı otağımda çılpaq ..."  Ərini öldürən qadından

İstanbulun Esenyurt rayonunda 2 aylıq əri Sinan Aktaşı (26) mübahisə zamanı bıçaqlayaraq öldürdüyü deyilən İlknur Aktaşın (21) "Qəsdən adam öldürmə" cinayət əməlindən təqsirli bilindiyi qeyd edilir.

Son.az DHA-ya istinadən xəbər verir ki, İlknur Aktaş Sinan Aktaş ilə 2017-ci ili 13 may tarixində evəndiklərini və qayınanası və qayınatası ilə birlikdə yaşadıqlarını söyləyib:

"Qayınatam mənimlə qəribə davranırdı. Fərqli adlarla müraciət edirdi. Mənə "Yetər" adı ilə xitab edirdi.

Bunun səbəbini eltimdən soruşdum. O da qayınatamın keçmiş sevdiyi qadının adı olduğunu söylədi. Bu vəziyyəti ərim də bilirdi və görürdü. Bu səbəbdən ərimlə tez-tez mübahisə edirdik. Mən də bu olayı ailəmə danışdım. Ailəm mənə bunu ərim ilə aramda həll etməyimi söylədi. Bu olaydan bir həftə sonra qayınatamı otağımda yarıçılpaq gördüm. Bunu qayınanam da gördü. Evdən çıxıb, ərimə zəng etdim. Vəziyyəti bildirib, evə qayıtmayacağımı söylədim. Ancaq ərim məni yola gətirdi. Özü işdə olarkən, aşağı mərtəbədə yaşayan qardaşıgildə qalmağımı istədi".

"Hadisə günü ərim saat 20:30-21:00 radələrində evə gəldi", - deyən təqsirləndirilən Aktaş: "Ərimə yemək verdim. Yeməyini yedi. Ərim ilə eyni məsələyə görə başqa evə köçmədiyimiz üçün yenidən mübahisə etdik. Bu əsnada mən eyvanda idim, qayınatam da mətbəxdən yanıma gəldi. Mənə qarğış etdiyi üçün mən də onu təhqir etdim. Ərim də bu an yataq otağındaydı. Gəlib mənə şillə vurdu. Mən əsəbimdən yataq otağında olan güzgünü qırdım. Biləyimi kəsmək istəyirdim. Ancaq ərim biləyimi tutdu. Buna mane oldu. Mən də mətbəxə gedib bıçaq götürdüm. Bu bıçaqla biləyimi kəsib intihar edəcəkdim. Ərim bıçağı almaq istədi, məni özünə çəkərkən bıçaq ürəyinə saplandı. Ərim üstümə yıxıldı. Qayınanam və qayınatam gəldi. Ərimi xəstəxanaya apardıq. Həyatını xilas etmək mümkün olmadı. Qayınatamın davranışları 2 ay içində mənim psixologiyamı pozmuşdu".