DTX-nin hərbi qulluqçuları Prezident seçkilərində fəal iştirak edirlər


Digərləri 11 Apr 2018 13:31:00 131 0

DTX-nin hərbi qulluqçuları Prezident seçkilərində fəal iştirak edirlər

Kursant və əsgərlərin bir qismi ilk dəfədir səs verirlər

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbərliyi, əməkdaşları və onların ailə üzvləri, həmçinin Heydər Əliyev adına Akademiyasının zabit və kursantları, hərbi hissəsinin zabit və əsgərləri də Azərbaycan Respublikasının prezidenti seçkilərində yüksək fəallıq nümayiş etdirirlər.

Bu barədə "Report"a DTX-nın İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Kursant və əsgərlərin bir qismi ilk dəfə səsvermədə iştirak edirlər.