Əcnəbi gənclər Azərbaycan dilini sevəsevə öyrənirlər Reportaj


Digərləri 11 Apr 2018 08:52:00 242 0

Əcnəbi gənclər Azərbaycan dilini sevəsevə öyrənirlər  Reportaj

Eyni dildə danışsalar da, bəzən bir-birlərini başa düşməkdə çətinlik çəkirlər

Eyni dildə danışsalar da, bəzən bir-birlərini başa düşməkdə çətinlik çəkirlər 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Şakla bak, keyir, aylaşın, əy qiz, aziz qunak, mohdaram, azizdarım. Bu sözlərin əslində, dilimizdə nə yazılışı, nə səslənməsi belədir. Şəkilə bax, xeyir, əyləşin, ay qız, əziz qonaq, möhtərəm, əzizlərim - deyə yazılır, səslənmə qaydası da hər birimizə məlumdur. Bizə məlum olsa da, onlar Azərbaycan dilini hələ indi öyrənirlər, zarafatla desək, qolunu-qıçını sındıra-sındıra, amma böyük zövqlə deyib, gülə-gülə...

Qeyd edim ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində əcnəbi gənclərin Azərbaycan dili öyrəndiyi dərsdə iştirak edirik. Biz olduğumuz qrup yeni idi, ötən aydan dilimizi öyrənməyə başlayıblar. Amma özlərini təqdim edə bilirlər, "salam-sağ ol" səviyyəsində danışırlar, yaxşı sözünü "yakşi" deməkləri də ki öz yerində. Gülə-gülə yoldaşlarının səhvini düzəldirlər.

Elə ilk təəssüratdan da hiss olunur ki, dili daha tez mənimsəyənlər də var, bir az zəif olanlar da. Amma ümumilikdə, artıq ilkin danışıq üçün lazım olan səviyyəyə çatıblar.

İlkin söhbətdən sonra dərsə keçirlər. Feilləri şəxsləndirirlər, bu əslində kənardan bir az qəliz görünsə də, şəxsləndirmə cəhətdən elə bir problem yaşadıqlarını görmədim. Lövhəyə çıxan nə isə tərəddüdlü olanda, yerdəkilər ona kömək edirdilər. Sonra saylara keçdilər. Sadəcə saymağı yox, artıq riyaziyyatda istifadə, danışa bilinəcək səviyyədə öyrənirlər. Toplama, çıxma zamanı rəqəmlərdən istifadədə də zəif görünmürlər.

Sonra ev tapşırıqlarına keçirlər, əsas tapşırıq ingilis dilində yazılan bəzi sözlərin Azərbaycan dilində tərcüməsi və düzgün səsləndirilməsi idi. Bax burda dərsə əlavə bir əhval gəlir. Oxuyan adam səhv dediyi üçün bir az pis olur, digərləri də gülə-gülə yoldaşlarının səhvini düzəldir. Aura o qədər gözəldir ki, adam dərsdən çıxmaq istəmir, hətta deyərdim ki, bu dərsdə iştirak edən qocalmaz.

Xoşuna gələn söz 

Dərsin bitməyini gözləyirik, çünki həm də onlarla söhbət edib təəssüratlarını öyrənəcəyik. Dərs sona çatır, onlar ev tapşırıqlarını götürüb, müəllimlərinə müəyyən suallar verirlər. İlk həmsöhbətimiz qrupda ən aktiv tələbələrdən olan Səriş Patresdir. Pakistan vətəndaşı olan Sərişin 17 yaşı var, o bacısı ilə birlikdə Azərbaycan dilini öyrənir. Bacısı danışmağı sevməsə də, özü fikirlərini bizimlə bölüşdü. Deyir ki, Azərbaycan dilini öyrənmək heç də asan deyil: "Bəzən asan gəlir, bəzən çətin. Nəticədə xarici dildir, çətinlik olması da normaldır. Bunları da dərsdə öyrənirik".

Sərişin ən çox işlətdiyi və belə desək, xoşuna gələn söz "Hardasan"dır. Müsahibə və dərs prosesində bu sözü tez-tez təkrarladı. Ən qəribə gələn söz isə "təyyarə"dir. Bunun izahını tam verə bilməsə də, bildirdi ki, bu sözü eşidəndə ona çox maraqlı gəlib.

"Yakşi, qardaş"

Əmir Şəfiq də pakistanlıdır, 22 yaşı var. İki aya yaxındır ölkəmizə gəlib. "Azərbaycan dilini öyrənə bilirsiz" sualımıza "Maşallah" cavabı verdi: "Az-az öyrənirəm, çətin nəsə görmürəm. Çətin olan bircə evimin uzaqda olmasıdır (Gülü). Günəşlidə qalıram, ordan şəhərin mərkəzinə yol uzaqdır, əsas çətinliyim odur, çünki yolda çox vaxt keçir. Dili öyrənmək problem deyil".


Xəbərə aid fotolar