Ev heyvanları saxlamağın faydası


Digərləri 11 Apr 2018 08:33:00 272 0

Ev heyvanları saxlamağın faydası

Heyvanlar insanların ən sadiq dostlarıdır. Onlarla dostluq etməyin, evdə heyvan saxlamağın həm faydalı, həm də bəzi zərərli cəhətləri var.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, araşdırmalara görə, ev heyvanları saxlayanlar digərlərinə nisbətən daha az əsəbiləşir və stressdən uzaq qalmağı bacarırlar. Bununla əlaqədar dünya heyvansevər cəmiyyətlərinin açıqladığı statistik məlumatlar çox maraqlıdır. Məsələn, ev heyvanı öz sahibini gün ərzində ən azı bir dəfə güldürməyə müvəffəq olur. İt saxlayanlar həkimə daha az müraciət edirlər. Pişik saxlayanlar isə daha mülayim və sakit olurlar.

Lakin bununla yanaşı, ev heyvanları saxlayarkən bəzi məsələlər, xüsusilə onların təmizliyi nəzərə alınmalıdır. Evdə körpə uşaqlar varsa, heyvanlar vaxtlı-vaxtında peyvənd edilməli, ona qulluq edənin pal-paltarı, üst-başı təmiz olmalıdır, çünki heyvanlarda natəmizlik halları və onların tükü allergiyaya səbəb ola bilər.