Braziliyada 22 nəfər həbsxanadan qaçmağa cəhd göstərərkən öldürülüb


Dünya 11 Apr 2018 08:10:00 278 0

Braziliyada 22 nəfər həbsxanadan qaçmağa cəhd göstərərkən öldürülüb

Braziliyanın Belen şəhərində məhbuslar kütləvi şəkildə həbsxanadan qaçmağa cəhd göstəriblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Braziliyanın Para ştatının İctimai Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, başlayan atışma nəticəsində bir mühafizəçi və 22 məhbus həlak olub.