BMT TŞ Rusiyanın Suriya üzrə qətnamə layihəsini qəbul etməyib


Dünya 11 Apr 2018 07:52:00 296 0

BMT TŞ Rusiyanın Suriya üzrə qətnamə layihəsini qəbul etməyib

BMT Təhlükəsizlik Şurası Rusiyanın Suriyanın Duma şəhərinə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının ekspertlərinin göndərilməsini və onlara dəstək göstərilməsini nəzərdə tutan qətnamə layihəsini qəbul etməyib.

Son.az Trend-ə istinadən bildirir ki, qətnamə layihəsinin qəbul olunmasına Rusiya, Çin, Efiopiya, Qazaxıstan və Boliviya səs veriblər. ABŞ, Böyük Britaniya, Fransa və Polşa isə sənədin qəbul olunmasına qarşı çıxıblar. Digər 6 dövlət isə səs verməyib.

Qeyd edək ki, Rusiya nümayəndə heyəti Təhlükəsizlik Şurasına Suriyanın Duma şəhərinə insidentin baş verdiyi yerə araşdırmaların aparılması üçün Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının ekspertlərinin göndərilməsini nəzərdə tutan qərnamə təklif edib. Sənəddə "Suriyada silah qismində zəhərli maddələrin istənilən tətbiqi" pislənir. Qətnamə layihəsi Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının baş direktorunun Dumaya araşdırmaların aparılması üçün ekspertlərin göndəriməsi qərarını alqışlayır və araşdırmaların nəticələri barədə tez bir zamanda məlumat verməyi nəzərdə tutur.