Osteoporoz haqqında 5 yanlış –


Digərləri 10 Apr 2018 23:55:00 389 0

Osteoporoz haqqında 5 yanlış –

Çox insan elə bilir ki, osteoparoz yaşlı qadınları yaxalayan qocalıq əlamətidir, xəstəlik deyil, ondan qorunmaq mümkün deyil. Avropada 45 yaşından sonra hər bir qadın sümüklərinin vəziyyətini yoxlatmalıdır. Artıq sübut olunub ki, şəkərli diabet, xərçəng, infarkt keçirmiş insanların 70% sümüklərin əriməsindən də əziyyət çəkir. İnsanlar hələ də osteoporozu ciddi qəbul eləmir, illərdir beyinlərdə kök salmış yanlış fikirlərə inanırlar.

1.Osteoporoz qocalıqla birgə addımlayır

Son.az medicina.az-a istinadən bildirir ki, düzdür, yaşlanma ilə əlaqədar hormonal fonda dəyişikliklər sümükləri xəfiflədir, amma bu o demək deyil ki, hər qoca adamın sümükləri əriyir. Elə yaşlılar var, sümük sistemi çox möhkəmdir. Osteoparoz daha orta yaşlarda da başlaya bilər. Bunun əsas səbəbi: genetika, iş və həyat şəraiti, vərdişlər, qida, kalsium və D vitamini əskikliyi, az hərəkətlilikdir. Qocalmaq sümüklərin sıxlığına təsir edir, amma bu kimi vərdişlər və yanaşı xəstəliklər daha vacib səbəblərdir. Hepatit, sirroz, şəkərli diabet, erkən menopauza, az cinsi əlaqə kimi problemi olan insanlar 40 yaşında da osteoparoza tutula bilər.

2.Osteoporoz güclü ağrılar verir

Əslində isə məhz osteoporoz heç bir ağrı və simptom vermir. Hətta ola bilər ki, insan onuröa sütununda hansısa fəqərənin sındığını belə hiss etməsin. BU daha çox döş qəfəsi fəqərələrində olur. Bəzən isə ağrıları həkim digər travma və problemlərlə səhv salır. Ağrı bəzən artır, bəzənsə sakitləşir, xəstəni və həkimi çaşdırır. Bu zaman yaxşı olar ki, sümüklərin vəziyyətini də araşdırsınlar.

3.Sümük əriməsinin qarşısını almaq qeyri-mümkündür?