Şəhərlərdə zibilin yığılma və daşınma qaydası dəyişib


Digərləri 10 Apr 2018 23:16:00 420 0

Şəhərlərdə zibilin yığılma və daşınma qaydası dəyişib

Nazirlər Kabineti "Şəhərlər və digər şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları"nda dəyişiklik edib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu Qaydalar şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydalarını müəyyən edir.

Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin təmizlənmə və yığışdırılma sistemi məişət tullantılarının (yaşayış sahələrinin ərazisində toplanmış təsərrüfat-məişət, həmçinin yaşayış və ictimai binaların, ticarət müəssisələrinin, ictimai iaşə və mədəni-məişət sahələrinin tullantılarının, küçə tullantılarının, süpürüntülərinin və digər məişət tullantılarının) məqsədyönlü yerləşdirilməsi, tezliklə kənar edilməsi, zərərsizləşdirilməsi və utilizə edilməsi tədbirlərini nəzərdə tutur. Yaşayış əraziləri, küçə və keçidlər, mədəni-məişət obyektləri, müxtəlif müəssisələrin və təşkilatların əraziləri, parklar, meydanlar, istirahət və ictimai istifadə yerləri təmizlənmə obyektləridir.