“Toy gecəsi” qorxusu bu xəstəliyi yarada bilər


Digərləri 10 Apr 2018 23:05:00 282 0

“Toy gecəsi” qorxusu bu xəstəliyi yarada bilər

Son zamanların ən aktual problemlərindən biri vaginizm xəstəliyidir.

Cinsi münasibətdən kişi və qadının həzz alması ikili münasibətlərin, xüsusilə də xoşbəxt evliliyin təməl daşıdır. Vaginizm xəstəliyi isə cinsi münasibət zamanı qadının bu vəziyyəti imkansız hala gətirməsidir.

Yəni vaginizm xəstəliyi qadında cinsi münasibətə istəksizlik yaradır. Bu xəstəliyə tutulanlar cinsi münasibətdən heç bir şəkildə həzz almır. Bu xəstəlikdən əziyyət çəkənlər bəzən cinsi münasibətə qarşı olmaları ilə yanaşı, cinsi orqanına hansısa ginekoloji alətin belə daxil edilməsinə icazə vermirlər.

Bəs vaginizm xəstəliyi nədən yaranır?

Son.az medicina.az-a istinadən bildirir ki, psixoloq Zeynəb Eyyubovanın sözlərinə görə, xəstəliyin aktual səbəblərdən biri fobiyalardır. İkinci səbəb olaraq isə əsas nevrozluq düşünülür:

"Fobiyaların müxtəlif növləri var. Məsələn, xanım sevmədiyi adamla nişanlanır və bundan sonra gələcəyindən qorxmağa başlayır. Bu zaman evləndikdən sonra vaginizm yarana bilər.