Azərbaycanın dövlət büdcəsində 155 mln. manata yaxın qalıq yaranıb


Digərləri 10 Apr 2018 22:07:00 311 0

Azərbaycanın dövlət büdcəsində 155 mln. manata yaxın qalıq yaranıb

İcmal büdcənin qalığı isə 2,3 mlrd. manatdan çox olub

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin mədaxili 4 562,9 mln. manat, məxarici isə 4 408 mln. manat təşkil edib. Son nəticədə büdcədə 154,9 mln. manatlıq qalıq yaranıb.

Son.az "Report"a istinadən bildirir ki, 3 ay ərzində büdcə gəlirləri proqnozdan 3% çox olub.

Vergilər Nazirliyindən büdcəyə 1 436,5 mln. manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 15,8 mln. manat və yaxud 1,1 faiz çoxdur. Həmin vəsaitin 67,5%-i və yaxud 969,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. Dövlət Gömrük Komitəsi isə büdcəyə 726,9 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,3% və yaxud 155,8 mln. manat çoxdur. Büdcədən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 79,3 mln. manat təşkil edib. Sair daxilolmalar isə 21,2 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71% və yaxud 8,8 mln. manat çoxdur. Azərbaycan Dövlət Neft Fondundan isə büdcəyə 2 299 mln. manat vəsait transfert edilib.