Gündə neçə yumurta yemək olar?


Digərləri 10 Apr 2018 21:25:00 375 0

Gündə neçə yumurta yemək olar?

Yumurta çox qiymətli və faydalı məhsuldur.

Yumurta zülallar, A, B qrupu, D vitamini ilə zəngindir, onun tərkibində beyin üçün xüsusilə faydalı olan xolin və lesitin maddələri, vacib minerallar var.  

Əvvəllər belə hesab olunurdu ki, yumurtanın istehlakı qanda xolesterinin səviyyəsini qaldırır. Lakin sonrakı araşdırmalar göstərib ki, bu belə deyil. Əksinə yumurtanın istehlakı pis xolesterinin səviyyəsini aşağı salır ki, bu da infarkt və insultun riskini azaldır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, diyetoloqların fikrinə görə, gün ərzində 1-2 yumurta, həftə ərzində isə 10 yumurtaya qədər yemək olar.