ABŞdan Azərbaycana tələbə kimi gəlmişdi, indi sahibkardır VİDEO


Digərləri 10 Apr 2018 21:12:00 319 0

ABŞdan Azərbaycana tələbə kimi gəlmişdi, indi sahibkardır  VİDEO

Amerika Birləşmiş Ştatlarının Minnesota ştatının sakini Teresa Hamlin 13 idir Azərbaycanda yaşayır. Deyir ki, Azərbaycanı sevdiyi üçün burda yaşamaq qərarına gelib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, vaxtilə Qusarda ingilis dili müəlliməsi kimi işləyən Tereza özünə əlavə biznes də qurub. Onun sözlərinə görə, vətənində toxunma corablara tələbat olduğu üçün "Azərbaycan corabları" şirkətini təsis edib.

Teresa Qusarda toxunulan rəngarəng yun corabların xarici ölkələrdə, xüsusilə də ABŞ-da satışını təşkil edir. Amerikalı sahibkar deyir ki, bu işlə məşğul olmaqda məqsədi azərbaycanlı qadınların əl işlərini dünyaya tanıtmaq və toxuculuq sənətini yaşatmaqdır.

Tereza hazırda 35-ə yaxın toxucu ilə işləyir. Deyir ki, onunla birgə çalışan xanımlar müxtəlif yaşlardadır və fərqli peşə sahibləridir. Qusarla yanaşı, digər rayonlardan, eləcə də Gədəbəy və İsmayıllıdan olan toxucu qadınlarla da əməkdaşlıq edir. O, öz biznesini genişləndirməyi planlaşdırır.


Xəbərə aid video