Bakıd məşhur DJlərin əyləncə proqramlarına hər kəs qatıla biləcək


Digərləri 10 Apr 2018 20:37:00 243 0

Bakıd məşhur DJlərin əyləncə proqramlarına hər kəs qatıla biləcək

27-29 aprel tarixlərində Bakıda baş tutacaq 2018 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində hər gün məşhur DJ-lərin möhtəşəm çıxışları ilə Bakı Kristal Zalında gecədən səhərədək davam edəcək musiqili əyləncə proqramlarında yarışa bilet ala bilməyənlər də iştirak edə biləcəklər.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Son.az-a verilən məlumata görə, bunun üçün əyləncə həvəskarları www.iticket.az saytına daxil olaraq onlayn şəkildə və ya şəhərin müvafiq kassalarına yaxınlaşaraq gecə proqramı üçün bilet ala bilərlər. Biletlər gündəlik satılır və bu biletlərin bir günlük qiyməti "Golden Circle" adlanan səhnəyə ən yaxın yer üçün 50 AZN, digər yerlər üçünsə 30 AZN təşkil edir.

BŞH Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yarış həftəsonunun bütün şəhər sakinləri üçün geniş əyləncə imkanları bəxş etdiyini bildirib: "Builki Azərbaycan Qran Prisinin dünya ulduzlarının iştirakı ilə baş tutacaq zəngin əyləncə proqramına - Afrojack, Axwell Λ Ingrosso və Martin Solveig - kimi DJ-in daxil edilməsi olduqca sevindirici haldır.

Həm dünya ulduzlarının axşam konsertləri, həm də dünyaca məşhur DJ-lərin gecə proqramları avtoidman həvəskarları ilə yanaşı bütün əyləncəsevərlər arasında böyük marağa səbəb olub. Əvvəlki illərdən fərqli olaraq bu il DJ-lərin musiqili əyləncə proqramlarını arzuedən hər kəs üçün açıq etməklə çalışdıq ki, Formula 1 yarışı ərəfəsində Bakıda yaşanacaq festival ab-havasından heç kim kənarda qalmasın.

F1 azarkeşləri isə yarış həftəsonuna bilet almaqla bütün imkanlardan istifadə edə və daha çox əyləncələrə qatıla biləcəklər. Bütün bilet sahibləri 27-29 aprel tarixlərində axşam saatlarında hər gün biri olmaqla müvafiq ardıcıllıqla səhnəyə çıxacaq Jamiroquai, Kristina Aqilera və Dua Lipanın konsertlərində və həmçinin bu konsertlərin ardınca DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarında iştirak edə biləcəklər.

Sizə müraciətimiz hər zaman eyni olaraq qalır: bilet varkən almağa tələsin və növbəti möhtəşəm yarış həyəcanı və əyləncə coşğusunu bizimlə birlikdə yaşayın!"

Bu biletə sahib olanlar Bakı Kristal Zalına gecə saat 23:00-dan etibarən buraxılacaqlar.