Azərbaycan gimnastları Bakıdakı Avropa çempionatında favoritlər arasındadır


Digərləri 10 Apr 2018 18:41:54 254 0

Azərbaycan gimnastları Bakıdakı Avropa çempionatında favoritlər arasındadır

Aprelin 12-dən 15-dək Avropanın yuniorlar və böyüklər arasında ən yaxşı idmançıları batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 24-cü Avropa çempionatı çərçivəsində ən güclünü müəyyənləşdirmək üçün Bakıya toplaşacaq.

Bakı. Ənvər Məmmədov - Aprelin 12-dən 15-dək Avropanın yuniorlar və böyüklər arasında ən yaxşı idmançıları batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 24-cü Avropa çempionatı çərçivəsində ən güclünü müəyyənləşdirmək üçün Bakıya toplaşacaq. Trend-in Avropa Gimnastika İttifaqına (UEG) istinadən məlumatına görə, yarışlarda 25 ölkədən 420 gimnast iştirak edəcək. UEG yarışların gedişində çıxışına diqqət yönəltmək lazım olan idmançıları qeyd edib. Batutda fərdi tullanma Qələbəyə əsas namizədlər hazırkı Avropa və Olimpiya çempionu Belarus təmsilçisi Vladislav Qonçarov və onun xanımı Anna Qonçarovadır. Onlar Rusiya tərəfindən güclü rəqabətlə üzləşəcəklər. Rusiya Avropa vitse-çempionu Dmitri Uşakov, eləcə də Mixail Melnik və Avropa çempionu Yana Pavlovanın daxil olduğu ulduz komanda ilə çıxış edəcək. Böyük Britaniya Ket Driskollun, Lyuk Stronqun, Natan Beylinin və İzzi Sonqherstin təcrübəsinə ümid edə bilər. Favoritlər arasında həmçinin Fransa idmançıları Sebastyan Martini və Allan Moranteni, həmçinin Azərbaycan gimnastı İlya Qrişunini qeyd etmək olar. Qadınlar arasında Anna Rente (Portuqaliya), Natalya Moskvina (Ukrayna) və Lyubov Qolovinaya (Gürcüstan) diqqət yönəltmək lazımdır. Batutda sinxron tullanma