Azərbaycanlı sahibkar və menecerlər Almaniyada ixtisasartırma kursu keçəcək


Digərləri 10 Apr 2018 17:44:00 232 0

Azərbaycanlı sahibkar və menecerlər Almaniyada ixtisasartırma kursu keçəcək

Daha 24 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçəcək.

Bakı. 24 sahibkar və menecerdən ibarət növbəti qrup 9 aprel - 4 may 2018-ci il tarixlərində Almaniyanın Ştutqart şəhərində yerləşən “Baden Vürttemberq İxrac Akademiyası” Tədris Mərkəzində təlim və istehsal müəssisələrində təcrübə keçəcək. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında Anlaşma Memorandumuna müvafiq olaraq “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində işlər 2018-ci ildə də davam etdirilir.