Beynəlxalq Film Festivalı üçün seçimlər elan edilir


Digərləri 10 Apr 2018 15:21:00 291 0

Beynəlxalq Film Festivalı üçün seçimlər elan edilir

"Giffoni" Beynəlxalq Festivalının (Giffoni İnternational Film Festival) rəsmi tərəfdaşı olan "Narimanfilm" kinostudiyası Festivalda jüri qismində iştirak etmək üçün 13+, 16+, 18+ yaşlarında 3 nəfər məktəbli və yeniyetmədən ibarət qrupa seçimləri elan edir.

"Giffoni İnternational Film Festival" yarım əsrdən artıqdır ki, davam edən və jüri heyəti dünyanın müxtəlif ölkələrini təmsil edən uşaqlardan ibarət olan unikal bir kino festivalıdır. Bu il festival məktəblilərin yay tətili günlərdinə - 20-28 iyul tarixlərində baş tutacaq. Dünyanın müxtəlif ölkələrindən 3000-ə yaxın uşaq 100-dən artıq filmə baxaraq (filmlər ingilis dilində nümayiş olunur) onlara qiymət verəcəklər. Uşaqlar hər nümayişdən sonra öz həmyaşıdları ilə filmi müzakirə edəcək və sonda qalibləri müəyyən edəcəklər. Bundan başqa, Festival müddətində müxtəlif treninqlər və seminarlar təşkil olunacaq. Bu semainarlarda məktəblilər peşəkar rejissorlar, aktyorlar, kino sahəsinin digər peşəkarları, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən olan yaşıdları ilə fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər. Bu uşaqların dünya görüşünü artırmaları, multikultural mühiti hiss etmələri, dünyanın hər bir yerindən olan həmyaşədlarıyla tanış olmaları və kinoya, sənayəyə maraqlarını artırmaq üçün əla imkan olacaqdır.

Festival İtaliyanın cənubunda Tirren dənizinin sahilində yerləşən Salerno şəhərində keçirilir. Festival ərzində, film nümayişlərindən əlavə, müxtəlif yaşlı uşaqlara maraqlı olacaq, geniş mədəniyyət proqramıda nəzərdə tutulmuşdur.

Festival ərzində uşaqlar öz yaşıdlarıyla italyan ailələrində yaşayacaqdılar. Yaxşı İngilis və ya İtalyan dillərini bilmək mütləq şərtdir.