Avstriyada “Uçan xalça” sərgisinin açılışı olacaq


Digərləri 10 Apr 2018 15:27:00 226 0

Avstriyada “Uçan xalça” sərgisinin açılışı olacaq

Vyana şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Avstriyanın gənc rəssam-tələbələrini birləşdirən “Uçan xalça” sərgisinin açılışı keçiriləcək.

Bakı. Aprelin 12-də Avstriyanın paytaxtı Vyana şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Avstriyanın gənc rəssam-tələbələrini birləşdirən “Uçan xalça” sərgisinin açılışı keçiriləcək. Xalça muzeyindən Trend-ə verilən məlumata görə, sərginin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Tətbiqi Sənət Universitetidir. Açılış mərasimində Azərbaycanın Avstriyadakı səfirliyi, Azərbaycan Xalça Muzeyi, Vyana Tətbiqi Sənət Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəsmiləri iştirak edəcəklər.