Amsterdamda "erməni soyqrımı" abidəsi qoyulur


Dünya 10 Apr 2018 13:48:00 218 0

Amsterdamda "erməni soyqrımı" abidəsi qoyulur

Hollandiyanın paytaxtı Amsterdamda "erməni soyqrımı"na abidə qoyulur.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, Amsterdamda 1915-ci il hadisələrində həyatını itirənlərin xatirəsinə həsr olunan abidə hazırlanıb.

Aprel ayının 21-də açılacaq abidənin üzərində erməni və holland dilində yazılar var. Erməni heykəltəraş tərəfindən hazırlanan daş lövhə Apostolik kilsəsinin divarına bərkidiləcək.