Pakistan Observer: Azərbaycanda turizm bumu yaşanır


Digərləri 10 Apr 2018 13:12:00 253 0

Pakistan Observer: Azərbaycanda turizm bumu yaşanır

Azərbaycan hökuməti ölkədə turizmin inkişafına böyük diqqət ayırır.

Bakı. Azad Həsənli - Azərbaycan hökuməti ölkədə turizmin inkişafına böyük diqqət ayırır. Trend-in məlumatına görə, bu barədə “Pakistan Observer” qəzetində dərc olunan “Azərbaycanda turizm bumu yaşanır” adlı məqalədə yazılıb. Müəllif qeyd edir ki, ölkədə turizmin inkişafı üçün zərurir təbii və coğrafi potensiala malikdir, sakinlər isə qonaqpərvər və mehribandır: “Turistləri Azərbaycanda Bakı Şirvanşahlar sarayı, Bakı bulvarı, Abşeron yarımadasındakı palçıq vulkanları, atəşpərəstlərin məbədi və digər çoxsaylı görməli yerlər cəlb edə bilər”. Məqalədə xüsusi diqqət regionlarda yeni turizm infrastrukturunun tikintisinə, tarixi-mədəni abidələrin və qoruqların bərpasına yönəlib.