FETÖ rəhbərliyində təmsil olunan 3 nəfər Türkiyəyə gətirildi


Dünya 10 Apr 2018 13:08:00 240 0

FETÖ rəhbərliyində təmsil olunan 3 nəfər Türkiyəyə gətirildi

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) Afrika ölkəsi olan Qabonda keçirdiyi əməliyyat nəticəsində Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbərliyində təmsil olunan 3 nəfər tutularaq Ankaraya gətirilib.

Son.az report-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində həbs olunan Osman Özpınar, İbrahim Akbaş və Adnan Demirönal Qabonun paytaxtı Librevil şəhərindən özəl təyyarə ilə Türkiyəyə gətiriliblər və hüquq-mühafizə orqanlarına təhvil veriliblər.

Onların üzərində FETÖ-yə aid sənədlər, 20 min 800 dollar, 12 milyon Mərkəzi Afrika Respublikasına aid frank (təxminən 23 min dollar), müxtəlif xəbərləşəmə cihazları aşkar edilib.