Ərdoğan FETÖnü məhv edəcəyinə söz verdi


Dünya 10 Apr 2018 12:13:00 237 0

Ərdoğan FETÖnü məhv edəcəyinə söz verdi

Həm ölkədaxili, həm də ölkə xaricində olan xainlər istisnasız olaraq məsuliyyətə cəlb olunana kimi, bütün təhdidlər tam aradan qalxana kimi, Ankara Fətullah Gülənin terrorçu hərəkatına qarşı qətiyyətli mübarizəni davam etdirəcək.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan qırğızıstanlı həmkarı Soorobay Jeenbekovla Ankarada keçirdiyi birgə mətbuat konfransında bildirib.

Ərdoğan deyib ki, Gülən hərəkatı təkcə Türkiyə üçün deyil, eyni zamanda digər ölkələr, o cümlədən, Qırğızıstan üçün real təhlükə yaradır.