Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Nyu Yorkda qeyd edildi FOTO


Digərləri 10 Apr 2018 11:27:00 238 0

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Nyu Yorkda qeyd edildi  FOTO

Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımız Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd ediblər.

Son.az xəbər verir ki, bayram tədbiri Nyu Yorkda fəaliyyət göstərən Azərbaycan Amerika Qadın Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

200 nəfərdən çox soydaşımızın iştirak etdiyi tədbirin fəxri qonaqları arasında Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Yaşar Əliyev, Bruklin şəhər merinin müavini Lori Luis, Azərbaycandan olan yəhudi icmasının rəhbəri Yakov Abramov, icmanın fəalı Pinxas Avşalumov, "Mənim yolum" ("My way") Uşaq İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova, "Bruklin-Bakı" Dostluq Cəmiyyətinin rəhbəri Marietta Rozental və başqaları olub.


Xəbərə aid fotolar