Misir sakini Rusiyadakı dünya çempionatına velosipedlə yollandı


Digərləri 10 Apr 2018 10:27:00 291 0

Misir sakini Rusiyadakı dünya çempionatına velosipedlə yollandı

Misir sakini Mohamed Nufal dünya çempionatında iştirak etmək üçün velosipedlə Rusiyaya yollanıb.

Son.az report-a istinadən xəbər verir ki, 24 yaşlı azarkeş Qahirədəki Təhrir meydanından 5 min km-lik səyahətə çıxıb. O, son 28 ildə ilk dəfə mundiala qatılan Misir millisinə azarkeşlik etmək üçün 65 gün ərzində Bolqarıstan, Rumıniya, Moldova və Ukraynadan keçməklə Moskvaya çatmaq niyyətindədir.

Nufal səfər ərəfəsində deyib: "Bu, yeni yerlərə baxmaq və təzə şeylər öyrənmək üçün bir şansdır. Bu, sadəcə, dünya çempionatına yollanmaqdan da böyük işdir. Yalnız mundialın oyunlarına baxmaq üçün getsəydim, təyyarəni seçərdim".