Ərarvadın meyiti yaşadıqları mənzildə aşkarlandı


Digərləri 10 Apr 2018 10:11:00 347 0

Ərarvadın meyiti yaşadıqları mənzildə aşkarlandı

Gürcüstanın paytaxtı Tbilisinin Pekin küçəsində yerləşən binaların birində mənzildə ər və arvadın meyiti aşkarlanıb.

Son.az apa-ya istinadən xəbər verir ki, xarici  ölkə vətəndaşları olan cütlük bir neçə günlük mənzil kirayələyib. İlkin məlumatlara əsasən, onların ölümünə dəm qazından zəhərlənmə səbəb olub. Ər-arvadın meyitləri ekspertizaya göndərilib.

Cütlüyün hansı xarici ölkə vətəndaşı olduqları hələ açıqlanmır.