İtaliyada 5 maqnitudaya yaxın zəlzələ baş verib


Dünya 10 Apr 2018 08:45:23 202 0

İtaliyada 5 maqnitudaya yaxın zəlzələ baş verib

Hazırda mümkün dağıntı və tələfat barədə məlumat yoxdur

İtaliyada 4,7 maqnituda zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar paytaxt Romadan 138 km şimalda qeydə alınıb. Zəlzələnin ocağı yerin 9 km dərinliyində olub.

Hazırda mümkün dağıntı və tələfat barədə məlumat yoxdur.