Samsungun ofisinə prokurorlar tərəfindən basqın edilib


Digərləri 10 Apr 2018 08:25:00 204 0

Samsungun ofisinə prokurorlar tərəfindən basqın edilib

Cənubi Koreyanın ən böyük texnologiya şirkətlərindən biri olan Samsung-un ofisinə bu səhər prokurorlar tərəfindən hücum olunub. Hadisə Samsung-un işçilərinin işçi ittifaqını gücləndirmək məqsədilə təxribat törətdiyi iddiasının araşdırılması üçün baş tutub. Texnologiya nəhəngi əvvəllər tez-tez siyasətçilər və qeyri-hökumət təşkilatları tərəfindən ittifaqlaşdırılmış işçi gücünə qarşı məsafəli dayandığına və sadəcə kiçik ittifaqlarla işlədiyinə görə qınaq obyektinə çevrilmişdi.

Son.az technote.az-a istinadən bildirir ki, mövzu ilə bağlı Reuters-ə açıqlama verən Dankook Universitetinin İqtisadiyyat professoru Kim Tai-gi əməkdaşlıq siyasəti güdən Cənubi Koreya prezidenti Moon Jae-nin adını çəkərək, ''Məncə idarə heyəti Samsung-un ittifaqlara qarşı davranmasına son verməlidir'', dedi.