PlayStation 5 haqqında yeni


Digərləri 10 Apr 2018 08:11:00 255 0

PlayStation 5 haqqında yeni

İnternetdə "PlayStation 5" oyun konsolu haqqında yeni məlumatlar dərc edilib.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, Yaponiya şirkətinin yeni qurğusu virtual reallıq texnologiyası ilə tam uyğunluq təşkil edəcək.

Uyğunluq "PlayStation 4 Pro" konsolunda olduğu kimi, təkcə proqram təminatı səviyyəsində deyil, eyni zamanda aparat təchizatı üzrə olacaq. Bununla yanaşı, yeni konsolun səkkiz hesablama nüvəsindən ibarət "Zen" adlı xüsusi əlavə "APU" prosessoru ilə təchiz ediləcəyi gözlənilir. Tərtibatçılar prosessora "Navi" texnologiyası əsasında "GPU" qrafik sürətləndiricisi əlavə etmək niyyətindədir.