İki avtomobil toqquşub, xəsarət alan var


Digərləri 09 Apr 2018 23:27:00 263 0

İki avtomobil toqquşub, xəsarət alan var

Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Şah İsmayıl Xətai prospekti ilə Dədə Qorqud küçəsinin kəsişməsində qeydə alınıb.

"Mercedes" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, Samux rayon sakini 1966-cı il təvəllüdlü Musa Ömərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.