Görkəmli xanəndə Həqiqət Rzayevanın yaradıcılığına həsr olunmuş tədbir keçirilib


Digərləri 09 Apr 2018 22:15:00 232 0

Görkəmli xanəndə Həqiqət Rzayevanın yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Beynəlxalq Muğam Mərkəzində "Unudulmayanlar" layihəsi çərçivəsində görkəmli xanəndə Həqiqət Rzayevanın yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində "Unudulmayanlar" layihəsi çərçivəsində görkəmli xanəndə Həqiqət Rzayevanın yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Trend-in məlumatına görə, xalq artisti, opera müğənnisi, muğamlarımızın, xalqmahnılarımızın, təsniflərimizin mahir ifaçısı olan Həqiqət Rzayevanın həyat və yaradıcılığına həsr edilən tədbirin aparıcısı Filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı müğənninin Azərbaycan mədəniyyəti tarixindəki xıdmətlərindən söhbət açıb. Xalq artistləri Arif Babayev və Canəli Əkbərov Həqiqət Rzayevanın teatrdakı, kinodramaturq, Xalq artisti Oktay Mirqasımov isə kino fəaliyyətindən danışıb. Həqiqət Rzayevanın oynadığı tamaşalardan və kinolardan ibarət video çarx nümayiş olunub. Gecənin konsert proqramı Həqiqət Rzayevanın repertuarına uyğun tərtib edilmişdi.Əməkdar artistlər Anar Şuşalı, Sevinc Sarıyeva, Səbuhi İbayev, Nuriyyə Hüseynova, Gülnaz İsmayilova, ifaçılar Rəvanə Qurbanova, Anar Quliyev, Atabəy İsmayılov, Cavid Əzizov, Ümidə Abbasova, Fatimə Əliyeva musiqi nömrələri ilə çıxış ediblər.