ABŞ və İtaliya jurnalistləri Mətbuat Şurasında olublar


Digərləri 09 Apr 2018 18:23:00 280 0

ABŞ və İtaliya jurnalistləri Mətbuat Şurasında olublar

Bu gün ölkəmizdə səfərdə olan xarici jurnalistlər Azərbaycan Mətbuat Şurasında olublar.

Son.az bildirir ki, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ABŞ və İtaliyanın nüfuzlu media orqanlarında siyasi şərhçi kimi fəaliyyət göstərən Nurit Qrengerdən, Yason Katsdan, Lello Stelettidən, Raqul Kontrerasdan və Domenika Letisiyadan ibarət nümandə heyətinin üzvlərinə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.

Mətbuat Şurasının KİV-lərin 11 aprel növbədənkənar Prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini apardığını vurğulayan Ə.Amaşov xarici jurnalistləri prosesin metodları ilə tanış edib.