25ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz konfransı keçiriləcək


Digərləri 09 Apr 2018 16:48:00 282 0

25ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz konfransı keçiriləcək

Bu il Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri - Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil & Gas" sərgi və konfransı öz 25 illik yubileyini qeyd edir. Sərginin işgüzar proqramını müşayiət edən və 30-31 may tarixində "Fairmont Baku" otelində keçiriləcək Beynəlxalq "Caspian Oil & Gas" konfransı builki tədbirin mühüm bir hissəsini təşkil edir. Regionda neft-qaz sənayesinin əsas tədbiri olan konfrans, hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir. "Caspian Oil & Gas" layihəsinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən mühüm dəstək göstərilir. Konfransın təşkilatçıları qismində "Iteca Caspian" və "ITE Group" şirkətləri çıxış edirlər.

Bu il konfransda aparıcı şirkətlərin 500-dən çox ali rəhbərləri, eləcə də sənaye nazirliklərinin nümayəndələri və nüfuzlu sənaye mütəxəssisləri bir arada toplanacaqlar və neft-qaz sənayesinin inkişafı üzrə aktual məsələlər xüsusunda fikir mübadiləsi aparacaqlar.

Konfransda "Neft və qaz sənayesində qlobal və iqtisadi perspektivlər-neftin qiyməti və böhran şəraitində mövcud olan imkanlar", "Son 25 ildə Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən neft-qaz əməliyyatları: keçmişi, bu günü və gələcəyi. Azərbaycan neft və qaz sənayesi üçün yeni impuls", "Neft və qaz layihələrinin maliyyələşdirilməsi və yatırılan investisiyalar müqabilində xalis gəlirin təmin edilməsi- iddialar və imkanlar", "Yerli geoloji kəşfiyyatda əldə olunan yeniliklər, perspektivlər", "Hasilatda olan yeniliklər", "Energetika təhlükəsizliyi", "Neft qaz elmində olan yeniliklər, beynəlxalq əməkdaşlıq", "Xəzəryani layihələr üzrə yeni imkanlar", "Xəzər regionu üzrə Azərbaycanın güclü tərəfləri: dəmir yolu, dəniz nəqliyyati və magistral boru kəməri", "Ekoloji və sənaye təhlükəsizliyi sahəsində qabaqcıl texnologiyalar. Konkret faktların təhlili", "Neft emalı və neft-kimya sənayesinin perspektivləri. Cari vəziyyət və gələcək perspektivlər", "Neft emalı və neft-kimya sənayesi üçün texniki xidmət əməliyyatlarinin əhəmiyyəti. Konkret faktların təhlili", "İnqilabi deyişiklər. Innovativ rəqəmsal texnologiyaların sənayeyə olan təsiri" adlı mövzuları müzakirə olunacaq.