“Gəlinlik paltarı geyinmədim, evdən də qaçdım” Dostəliyeva VİDEO FOTO


Şou-biznes 09 Apr 2018 16:16:00 253 0

“Gəlinlik paltarı geyinmədim, evdən də qaçdım”  Dostəliyeva  VİDEO  FOTO

5-ci sinifdə ailə qurmaq mənə çatmır.

Son.az xəbər verir ki, ARB TV-nin "Boş anlar" proqramının növbəti qonağı müğənni Zeynəb Dostəliyeva olub. O, proqramda ilk və uğursuz evliliyindən danışıb: "Dedilər ki, bu qız bizimdir. Bu barədə heç anlayışım da yox idi. Elə sevinirdim ki, nişanlım gəlib. O dövrdə belə idi. Mən sonradan dərk etdim ki, mənim həyat yoldaşım məndən zəhmli, sözü keçən, məndən artıq pul qazanan, dərrakəli insan olmalıdır. Məndən daha üstün olmalıdır. 10-cu sinifdə toy edəndə gəlinlik paltarı geyinmədim. Evdən də qaçdım, qalmadım. Məni başa düşdülər. Əmim oğlu idi oğlan. Onu özümüz evləndirdik sonra. İndi ailəsi də var, uşağı da, nəvələri də var. O da məni başa düşdü. Dedim ki, sən mənlik deyilsən, zəifsən. Elə bil ki, əmiqızı kimi məni əzizləyirdi".


Xəbərə aid fotolar