Türkiyə Donbasda BMT-nin sülhməramlı missiyasında iştirak edə bilər


Dünya 09 Apr 2018 15:41:15 241 0

Türkiyə Donbasda BMT-nin sülhməramlı missiyasında iştirak edə bilər

Ukrayna prezidenti Petro Poroşenko türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb

Ukrayna prezidenti Petro Poroşenko İstanbulda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, danışıqlar zamanı Türkiyə tərəfi Donbasda BMT missiyasında iştirak etməyə hazır olduğunu ifadə edib.

"Türkiyə Donbasın işğal olunmuş hissəsində BMT-nin sülhməramlı missiyasının yaradılmasını dəstəkləyib və ona qoşulmağa hazır olduğunu bəyan edib", - Ukrayna prezidentinin mətbuat xidmətindən bildiriblər.

Bununla yanaşı, P.Poroşenkonun administrasiyasından vurğulayıblar ki, Ukrayna prezidenti Donbasdakı vəziyyət barədə Türkiyə tərəfinə məlumat verib.

Tərəflər həmçinin ölkələr arasında Yüksək Səviyyəli Strateji Şuranın yeddinci iclasına hazırlıqları müzakirə ediblər.