Lavrov: "Türkiyə Afrini Suriya hökumətinin nəzarətinə qaytarmalıdır"


Dünya 09 Apr 2018 15:22:00 369 0

Lavrov: "Türkiyə Afrini Suriya hökumətinin nəzarətinə qaytarmalıdır"

Afrində vəziyyəti normallaşdırmaq üçün ən sadə üsul onu Suriya hökumətinin nəzarətinə qaytarmaqdır.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

S. Lavrov xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan heç vaxt Türkiyənin Afrini işğal etmək istədiyini söyləməyib: "Afrində indi vəziyyət normallaşıb və Türkiyə qarşısına qoyduğu əsas məqsədə nail olub. Buna görə də bu ərazi Suriya hökumətinin nəzarətinə qaytarılmalıdır".