Urmiya gölü ətrafında duz qasırğası


Dünya 09 Apr 2018 15:26:00 368 0

Urmiya gölü ətrafında duz qasırğası

İranda güclü mövsümi küləklər qurumaqda olan Urmiya gölünün səthindən duz qasırğası təhlükəsi yaradıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, İranın Birinci vitse-prezidenti İshaq Cahangiri ötən gün Urmiya bölgəsinə səfər edib.

Orada o, Urmiya gölü ilə bağlı vəziyyətlə tanış olub.

İ.Cahangiri gölün qurumasının qarşısının alınması üçün İran hökumətinin bütün zəruri addımları atmağa hazır olduğunu bildirib.