İŞİD liderinin "sağ əli" öldürüldü


Dünya 09 Apr 2018 14:59:00 320 0

İŞİD liderinin "sağ əli" öldürüldü

İraq Silahlı Qüvvələri ölkənin şimalında İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin ən yaxın müttəfiqini zərərsizləşdirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Əbu Valid əş-Şişani Kərkük şəhəri yaxınlığında keçirilən əməliyyat nəticəsində həlak olub.

Əməliyyat zamanı terror təşkilatının digər liderləri barədə sənədlər də ələ keçirilib.