Ata oğlunu 20 ildir 1 metrlik qəfəsdə saxlayırmış


Dünya 09 Apr 2018 14:45:00 284 0

Ata oğlunu 20 ildir 1 metrlik qəfəsdə saxlayırmış

Yaponiyada əqli qüsurlu oğlunu 16 yaşından etibarən, 20 ildir 1 metr yüksəklikdə olan qəfəsdə saxlayan ata saxlanılıb.

Son.az Haberler-ə istinadən xəbər verir ki, Yoşitane Yamasaki adlı 73 yaşlı şəxs oğlunu Sanda şəhərindəki evinin yanındakı köhnə fabrikdəki qəfəsdə 20 ildən çoxdur saxladığı iddiası ilə tutulub.

Yamasakinin arvadına ölmədən öncə baxan tibb işçisi yanvar ayında məsələni səlahiyyətlilərə bildirdikdən sonra hərəkətə keçən polisin hadisə ilə bağlı araşdırmaya başladığı deyilir.

Polislər atanın 16 yaşından bu yana qəfəsdə saxladığı oğluna hər gün yemək verdiyini və bir gündən bir çimməyinə icazə verdiyi qeyd edilir.


Xəbərə aid fotolar