General Mehmandarovun nəticəsinə qarşı dələduzluq edən şəxs məhkəmə zalından azadlığa buraxıldı


Digərləri 09 Apr 2018 12:02:00 295 0

General Mehmandarovun nəticəsinə qarşı dələduzluq edən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xeyli miqdarda dələduzluqda təqsirləndirilən Zaur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mlli.Az APA-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Z. Əsgərov 2 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə cəzanı şərti hesab edib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə o, Aygün Mehmandarlıya qarşı qızıl ticarəti adı altında 12 min manat məbləğində dələduzluq edib.